Rayon Mədəniyyət evində Mili Mətbuat Günü qeyd olundu. Tədbiri
Mədəniyyət və Turizm Şöbəsinin müdiri Göyüş Həsənov açıq elan edərək mətbuat
işçilərini təbrik etdi.
«Xocalının səsi» qəzetinin redaktoru məruzə ilə çıxış edərək Mili
Mətbuatımızın tarixindən və rayon qəzetinin gördüyü işlər haqqında ətraflı
məlumat verdi.
TŞ-nin əməkdaşı Nəcəf Həsənov, Gənclər və İdman İdarəsinin baş
məsləhətçisi Ramiz Alıyev, qəzetin məsul katibi Mahirə İspiqızı, «Qarabağa
aparan yol» qəzetinin baş redaktoru Əli Mahmud, xəstəxananın baş həkimi Məmməd
Nağıyev, İH başçısının müavini Lamiə Qarayeva çıxış edərək mətbuat işçilərini
təbrik etdilər.
İH başçısının müavini Lamiə Qarayeva qəzetin əməkdaşlarını qəbul etdi.
Qəbul zamanı qəzetin ilik abunə haqqının 5 manat olmasının çox az olması qeyd
olundu. Əməkdaşların əmək haqqı alması üçün abunə haqqının artırılması
məsələsinə toxunuldu.
Tədbir konsert proqramı ilə başa çatdı.